<b>“Range Rover” “KamAZ”a çırpıldı, DYP-nin şöbə rəisi yaralandı</b>
12 iyul 2017 01:50 (UTC +04:00)

“Range Rover” “KamAZ”a çırpıldı, DYP-nin şöbə rəisi yaralandı

0

Bakıda aeroport yolunda xəsarətlə nəticələnən qəza baş verib. APA-nın xəbərinə görə, “Range Rover” markalı avtomobil yoldakı dəmir arakəsmələri yuyan “Azəravtoyol” ASC-yə  məxsus “KamAZ” markalı texniki xidmət maşınına arxadan çırpılıb. FHN xilasediciləri  minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.  

 

Məlumata görə, xəsarət alan sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin texniki təminat üzrə şöbə rəisi 31 yaşlı kapitan Hüseynov Cabir Firdovsi oğludur.  

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar