“Şəhərdə təşviş var, tıxaclar yaranıb, telefon işləmir” - EKSKLÜZİV
15 fevral 2013 16:01 (UTC +04:00)

“Şəhərdə təşviş var, tıxaclar yaranıb, telefon işləmir” - EKSKLÜZİV

“Şəhərdə təşviş var. Hazırda dağıntılar qeydə alınır. Məktəblərə, bir çox müəssisələrə ciddi ziyan dəyib. Bir çoxları şəhəri tərk edirlər. Səhər tezdən ümumiyyətlə yollarda tıxac yaranmışdı. Mobil telefon operatorlarının işi isə iflic olmuşdu. İndi rabitə yaranıb“. Bu barədə lent.az-a Çelyabinskdə fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Mərkəzindən bildirilib.

Mərkəzdən bildirildiyinə görə, yerli telekanallar 500-dən çox adamın müxtəlif dərəcəli xəsarət aldıqları barədə xəbərlər yayırlar. Xəsarət alanlardan 70-i uşaqdır.

 

Xatırladaq ki, bu gün səhər saatlarında Çelyabinskdə meteor yağışı adlanan təbiət hadisəsi müşahidə olunub. Bolidlərin əksəriyyəti atmosferdə yansa da, böyük bir meteor parçası Çelyabinsk ərazisində, Satka rayon mərkəzindən 80 kilometr uzaqda yerə düşüb.

 

Çelyabinsk rəhbərliyi isə məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində tətil elan edib. Hələlik meteorun düşdüyü yer və onun qırıntıları  tapılmayıb. Səma cisminin gölə düşdüyü güman edilir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14035

Oxşar yazılar

Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər

Ata-ana körpəni aclıqdan öldürdülər

23 avqust 2025 , 15:28