Yetim gəlinin  istəyi   ölkəni hərəkətə gətirdi: tarixin  ən dəbdəbəli toyu   keçirildi -  VİDEO
13 oktyabr 2026 19:07 (UTC +04:00)

Yetim gəlinin istəyi ölkəni hərəkətə gətirdi: tarixin ən dəbdəbəli toyu keçirildi - VİDEO

0

Əlcəzairdə toy günü üçün cəmi iki toyuq istəyən valideynlərini itirmiş gənc qızın hekayəsi sosial şəbəkələrdə böyük marağa səbəb olub. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, toyuna hazırlaşan qızdan ən böyük arzusunun nə olduğu soruşulub. O, utancaq şəkildə yalnız axşam yeməyi üçün iki toyuq istədiyini bildirib.

Qızın bu cavabı sosial şəbəkələrdə yayıldıqdan sonra ölkədə böyük əks-səda doğurub.

Görüntüləri izləyən minlərlə insan gənc gəlinə dəstək olmaq qərarına gəlib. Əlcəzairin müxtəlif  bölgələrindən xeyriyyəçilər, sahibkarlar və sadə vətəndaşlar onun toyuna kömək etmək üçün səfərbər olublar.

Qısa müddətdə gəlin üçün cehiz, zinət əşyaları və müxtəlif  hədiyyələr toplanıb. Toy məkanının hazırlanmasından qonaqlar üçün süfrələrin açılmasına qədər bütün təşkilati işlərə xeyirxah insanlar dəstək göstəriblər. Gənc qızın sadə arzusu gözlənilmədən möhtəşəm toy mərasiminə çevrilib. 

Sosial şəbəkə istifadəçiləri mərasimi Əlcəzairdə keçirilən ən möhtəşəm toylardan biri kimi qiymətləndiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar