Finlandiyalı alimlər insanın şəxsiyyət və kimlik hissinin yalnız yeniyetməlik dövründə formalaşmadığını müəyyən ediblər.
Lent.az xəbər verir ki, bu barədə “Phys.org” Yüväskülä Universitetinin araşdırmasına istinadən məlumat yayıb.
Tədqiqat 27–61 yaş arasında insanların kimlik hissinin inkişaf etməyə davam etdiyini göstərib.
Araşdırmaçılar daha müsbət və sabit kimlik inkişafının psixoloji rifahla əlaqəli olduğunu müəyyənləşdiriblər.
Nəticələr yetkinlik dövründə də şəxsi inkişafın və özünü daha yaxşı tanımağın mümkün olduğunu göstərir.