Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt  yoxa çıxdı
14 oktyabr 2026 07:43 (UTC +04:00)

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

0

 

Antarktika yaxınlığındakı Zavodovski adasında pinqvinlərin sayının kəskin azalması qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə “Phys.org” məlumat yayıb.

Alimlərin peyk və dron görüntülərinə əsaslanan araşdırmasına görə, 2011–2025-ci illərdə çənəaltı zolaqlı pinqvinlərin çoxalan cütlərinin sayı təxminən 542 mindən 201 minə düşüb. Bu, 63 faizə yaxın azalma deməkdir.

Adada ümumilikdə 250 mindən çox çoxalan cüt itirilib. Nəticədə Zavodovski dünyanın ən böyük pinqvin koloniyası statusunu itirib.

Tədqiqatçılar əsas səbəblərdən biri kimi okean sularının istiləşməsini və pinqvinlərin qidası olan krilin azalmasını göstərirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar