Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində su anbarının ərazisində 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.