[b]“Bomba partlayacaq” dedi, yalan çıxdı...[/b]
23 dekabr 2017 11:55 (UTC +04:00)

[b]“Bomba partlayacaq” dedi, yalan çıxdı...[/b]

0

Azərbaycanda “bomba partlayışı” barədə telefonla yalan məlumat ver\ən şəxs aşkar olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 22-də saat 15:15-də naməlum şəxs mobil telefonla FHN-nin “112” Xidmətinə zəng edib, “Cəlilabad rayonunun Qarazəncir kəndində bomba partlayacaq” deyərək, əlaqəni kəsib.

 

Məlumat DİN-in “102” Zəng Mərkəzi Xidmətinə ötürülüb.

 

Dərhal birgə təxirəsalınmaz tədbirlər həyata keçirilib, məlumat təsdiqini tapmayıb.

 

Araşdırmalar zamanı zəngin Cəlilabad rayonunun Sabirabad kənd sakini, 10 yaşlı ruhi xəstə tərəfindən edilməsi müəyyən olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar