[b]“Honda” dərəyə aşdı, yaralananlar var [/b]
09 fevral 2018 01:34 (UTC +04:00)

[b]“Honda” dərəyə aşdı, yaralananlar var [/b]

0

İmişlidə baş verən qəzada 2 nəfər xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz avtomagistralının İmişli rayonu Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sabirabad sakini, 1958-ci il təvəllüdlü Qəhrəmanov Lələxan Abuzər oğlunun idarə etdiyi “Honda” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və avtomobildə olan 1961-ci il təvəllüdlü Qəhrəmanova Həmişəgül Bəhlul qızı müxtəlif dərəcəli xəsarətlər alaraq İmişli rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 485

Oxşar yazılar