[b]Abşeronda kütləvi dava, bıçaqlanan var[/b]
12 aprel 2018 04:43 (UTC +04:00)

[b]Abşeronda kütləvi dava, bıçaqlanan var[/b]

0

Abşeronda 7 nəfər arasında əlbəyaxa dava olub.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə Qobu qəsəbəsində baş verib.

 

Dava zamanı 1989-cu il təvəllüdlü Hacıyev Bəhruz Hidayət oğluna beş bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

O, cərrahi əməliyyat olunub. Yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 553

Oxşar yazılar