[b]Avtobus 68 yaşlı qadını vurdu[/b]
22 dekabr 2017 20:13 (UTC +04:00)

[b]Avtobus 68 yaşlı qadını vurdu[/b]

0

Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

Şəhər sakini, 1949-cu il təvəllüdlü Rüstəmova Xalidə yolu keçən zaman sərnişin avtobusu tərəfindən vurulub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı hüquq araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar