<b>Avtobus  “Mercedes”lə toqquşdu: ölən və yaralananlar var</b> - <span style="color:red;">YENİLƏNİB
04 aprel 2018 09:08 (UTC +04:00)

Avtobus “Mercedes”lə toqquşdu: ölən və yaralananlar var - YENİLƏNİB

0

 

Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonundan keçən hissəsində baş verən yol qəzasında ölən və xəsarət alanların kimlikləri məlum olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, sərnişin daşıyan avtobusun “Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində Qazax rayon sakini, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlu ölüb. 1959-cu il təvəllüdlü Allazova Aybəniz Mahmud qızı isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Daha 4 nəfər Qazax Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Müayinə zamanı sərnişinlərin ciddi xəsarət almadıqları məlum olub və onlar evə buraxılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

***

 

07:46

 

Qazaxda avtobus və minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var. 

 

APA-nın qərb bürosunun xəbərinə görə, qəza Bakı-Qazax-Tbilisi magistral yolunun, Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtobusun “Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

 

Yaralılar Qazax Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 620

Oxşar yazılar