<b>Avtomobil park etmək üstündə qonşusunu öldürən tutuldu</b> - <span style="color:red;">YENİLƏNİB
15 yanvar 2018 10:18 (UTC +04:00)

Avtomobil park etmək üstündə qonşusunu öldürən tutuldu - YENİLƏNİB

0

 Bakıda qətl törədən şəxs tutulub.

 
 
 
Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Yasamal rayonu, Xıdır Mustafayev küçəsində, 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğluna qonşusu, 1960-cı il təvəllüdlü Vidadi Dilavər oğlu Rzayev tərəfindən ölümlə nəticələnən çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
 
 
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Vidadi Rzayev şübhəli şəxs qismində tutulub.
 
 
 
Hazırda başlanmış cin ayət işi üzrə zəruri istintaq hərəkətlərə davam etdirilir.

 

 

02:05

 

 

Bakıda qətl törədilib. APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsi 126 ünvanında qeydə alınıb.

 

Hadisə zamanı  1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğlu yaşadığı binanın qarşısında bıçaqlanıb. Məlumata görə, o, avtomobilini park edərkən qonşusu ilə mübahisə edib. Mübahisə nəticəsində qonşusu ona 9 bıçaq zərbəsi vurub.

 

Ş. İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktı Yasamal Rayon Prokurorluğu araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar