<b>Bakıda yaşayış binası yandı - <span style="color:red;">FOTOLAR </b> - <span style="color:red;">YENİLƏNİB-2
12 aprel 2018 20:59 (UTC +04:00)

Bakıda yaşayış binası yandı - FOTOLAR - YENİLƏNİB-2

0

Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Hadisə yerində yaradılan operativ qərargahdan APA-ya verilən xəbərə görə, inşa edilən binanın ümumi sahəsi 800 kv.m. olan yuxarı mərtəbəsində baş verən yanğın 600 kv.m. sahəni əhatə edib. Yanğın nəticədə tikintidə istifadə olunan taxta konstruksiyalar (opalubka) yanıb. Mərtəbənin qalan hissəsini yanğından mühafizə olunub.

 

Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqadası cəlb edilib.

 

Hadisə zamanı xəsarət və ya tüstüdən zəhərlənmə halı qeydə alınmayıb.

 

Yanğının fəsadlarının tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

 
 
***** 19.39
 
 
 
Fövqəladə Hallar Nazirliy Bakı şəhəri, Binəqədi rayonunda tikilməkdə olan binanın yuxarı mərtəbəsindəki yanğınla bağlı rəsmi məlumat yayıb. Nazirlikdən Lent.az-a daxil olan məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
 
19:15
 
 
Bakıda tikintisi başa çatmayan yaşayış binası yanır.
 
 
 
Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
 
 
 
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə binada yaşayışın olmadığı görünür. Yanğın “Bolluq bazarı”nın yaxınlığında baş verib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 623

Oxşar yazılar