[b]Bərdədə qanunsuz ağac kəsənlər tutuldu[/b]
02 aprel 2018 23:22 (UTC +04:00)

[b]Bərdədə qanunsuz ağac kəsənlər tutuldu[/b]

0

Bərdədə qanunsuz ağac kəsənlər saxlanılıb.

 

APA-nın  yerli müxbirinin xəbərinə görə, saat 21: 00  radələrində bir qrup şəxs rayonun Koroğlu küçəsində olan şam və çinar ağaclarını kəsməyə başlayıb. 

 

Sakinlərin APA-ya verdiyi məlumata görə,  bu zaman 50 şam ağacı və 3 “Qırmızı kitab”a düşmüş xan çinar ağacı, eləcə də 40-a qədər gül kolu və 15 ədəd digər ağac növləri  kəsilib.

 

Rayon polis şöbəsinin əməkdaşlarının  hadisəyə müdaxiləsindən sonra işlər dayandırılıb. Ağacların ərazidən daşınması üçün nəzərdə tutulan kran texnika meydançasına, ağacları kəsən şəxslər isə polis şöbəsinə aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar