<b>Ermənistana gedən avtobus 5 azərbaycanlı gənci öldürdü</b>
31 dekabr 2017 22:36 (UTC +04:00)

Ermənistana gedən avtobus 5 azərbaycanlı gənci öldürdü

0

Tbilisidə Ermənistana gedən avtobusun törətdyi qəzada 5 azərbaycanlı gənc ölüb 

 

Ötən gecə Tbilisidə baş vermiş avtomobil qəzası nəticəsində ölən 5 nəfərin azərbaycanlı olduğu məlum olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Rusiyadan Ermənistana gedən “Mercedes Neoplan” avtobusu Tbilisidə “Quru  körpü” yaxınlığında “Lada” markalı minik avtomobili ilə toqquşub. Minik avtomobilinin sürücüsü və 4 sərnişini qəza nəticəsində ölüb.  

 

Dünyasını dəyişmiş azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır. Onların hər birinin 19 yaşı olub. Faciəvi şəkildə ölən gənclər sabah doğulduqları Sadaxlı kəndində dəfn olunacaqlar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar