[b]FHN 29 yaşlı balıqçının axtarışlarına başladı[/b]
17 aprel 2018 09:06 (UTC +04:00)

[b]FHN 29 yaşlı balıqçının axtarışlarına başladı[/b]

0

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 aprel 2018-ci il tarixində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.  Axtarış işləri barədə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 505

Oxşar yazılar