<b>Füzulidə maşın yandı: 2 gənc öldü</b> - <span style="color:red;">YENİLƏNİB
01 aprel 2018 22:55 (UTC +04:00)

Füzulidə maşın yandı: 2 gənc öldü - YENİLƏNİB

0
Füzulidə aşan maşının yanması nəticəsində 2 nəfər ölüb. APA-nın yerli muxbirinin xəbərinə görə, "Qayıdış-5" qəsəbə sakini 2002-ci il təvəllüdlü Dadaşzadə Yusif Seymur oğlu idarə etdiyi “Mercedes” markalı 99 DA 994 qeydiyyat nömrə nişanlı avtomobili yuksək hərəkətlə idarə edərkən, idarə etməni itirərək yol kənarına düşüb. 
 
 
 
"Qayıdış-5" qəsəbəsində ​baş verən qəza nəticəsində avtomobildə olan 4 nəfərdən sürücü Y.Dadaşzadə və 2002-ci il təvəllüdlü Rüstəmov Rəşad Rəhim oğlu həyatını itirib. Digər sərnişinlər 2002-ci il təvəllüdlü Quluzadə Nicat Səxavət oğlu və 2003-cü il təvəllüdlü Abdullayev Elçin İsmayıl oğlu Füzüli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
 
 
 
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 

****** 21.40

 

Füzulidə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli muxbirinin xəbərinə görə, hadisə Zovucuq qəsəbəsində baş verib. Qəza zamanı 2001- ci il təvəllüdlü Dadaşov Yusif Seymur oğlu həyatını itirib. Hazırda hüquq-mühavizə əməkdaşları qəza zamanı həyatını itirən digər şəxsin və avromobilin kimə məxsus olduğunu araşdırır.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 571

Oxşar yazılar