[b]Gəncə sakini bibisinə xəsarət yetirdi[/b]
01 iyul 2017 06:40 (UTC +04:00)

[b]Gəncə sakini bibisinə xəsarət yetirdi[/b]

0

Gəncə sakini mübahisə zəminində yaxın qohumuna  xəsarət yetirib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1982-ci il təvəllüdlü Allahverdiyeva Aytən sol təpə nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Qadının sözlərinə görə, evdə  mübahisə zamanı qardaşı oğlu ona kəsici əşya ilə xəsarət yetirib.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 391

Oxşar yazılar