<b>Gəncə sakini intihara cəhd edir</b>
12 yanvar 2018 08:20 (UTC +04:00)

Gəncə sakini intihara cəhd edir

0

Gəncə şəhərində naməlum şəxs intihara cəhd edir. APA-nın FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən APA-ya verilən xəbərə görə, naməlum şəxs şəhərin Nizami rayonundakı Yeni Gəncə yaşayış massivi ərazisində binalardan birinin damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirir.  

 

Hadisə yerinə polis əməkdaşları və  FHN-nin xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla vətəndaşı fikrindən daşındırmağa çalışır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 421

Oxşar yazılar