<b>Gəncədə it iki nəfərin ölümünə səbəb oldu</b> - <span style="color:red;">YENİLƏNİB-2
03 noyabr 2017 07:58 (UTC +04:00)

Gəncədə it iki nəfərin ölümünə səbəb oldu - YENİLƏNİB-2

0

Gəncədə ağır qəza nəticəsində ölən ikinci şəxsin kimliyi müəyyənləşdirilib. APA-nın qərb bürosunun xəbərinə görə, o avtomobildə olan sərnişin, Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Nagıyev Nicat Nüsrət oğludur.  

 

****** 00.35

 

Gəncədə ağır qəza nəticəsində ölən şəxslərdən biri olan sürücünün kimliyi müəyyənləşdirilib. APA-nın qərb bürosunun xəbərinə görə, o, Gəncə sakini 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğludur. Sərnişinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.  

 

**** 23.58

 

Gəncədə iki nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi bəlli olub. APA-nın qərb bürosunun xəbərinə görə, ilkin ehtimala görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb. İti vuran avtomobil  idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyitlər deformasiyaya uğrayan avtomobilin salonundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  

 

*** 22.52

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi xəbərə görə, qəza şəhərin qərb çıxışında, Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb. “VAZ” markalı avtomobilin aşması nəticəsində 2 nəfər – sürücü və sərnişin dünyasını dəyişib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən  araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar