<b>Goranboyda silah-sursat aşkarlandı</b>
01 noyabr 2017 00:21 (UTC +04:00)

Goranboyda silah-sursat aşkarlandı

0

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayonu ərazisində silah-sursat aşkarlayıblar. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şöbəyə Yuxarı Ağcakənd-Buzluq avtomobil yolunda silah-sursatın aşkarlanması barədə məlumat daxil olub. Əraziyə baxış zamanı oradan 6 ədəd “Kalaşnikov” avtomatına aid sandıqça, 7 ədəd əl qumbarası, 4 ədəd qumbara alışdırıcısı, 2,5 metr uzunluğunda güllə darağı, tüfəng lüləsi və 497 ədəd müxtəlif çaplı güllələr aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Xocalı rayon Polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar