![[b]İstehlaka yararsız 120 kq ət məhv edildi[/b]](https://www.lent.az/storage/news/2019/april/11/big/547f78ce9690a32c258fc54338f8dc36.jpg)
[b]İstehlaka yararsız 120 kq ət məhv edildi[/b]
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Beyləqan rayonu ərazisində aprelin 11-i gecə saat 2 radələrində vətəndaşa məxsus "Jiquli" markalı 44-BE-524 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman baqaj hissədə təxmini çəkisi 120 kq olan iribuynuzlu heyvan cəsədi aşkar edilib. Bu barədə Lent.az-a AQTA-dan bildirilib.
Məlumata görə, aşkar edilmiş heyvan cəmdəyinə baxış keçirilərkən heyvanın aqonal vəziyyətdə kəsildiyi, soyulmadığı, qansızlaşdırmanın aparılmadığı, eyni zamanda anti-sanitar vəziyyətdə daşındığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib.
Heyvan cəmdəyi istehlak üçün yararsız olduğundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.
Agentlik bir daha vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduqda aidiyyəti hüquq-mühafizə orqanlarına və 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələrini xahiş edir.
Oxşar yazılar

Kəlbəcər sakini meşədə itdi -YENİLƏNİB
5 may 2025 , 13:27
Qonşudakı gənc qızı öldürüb intihar etdi
5 may 2025 , 13:15
Xırdalanda arvadını döyən kişi özünü binadan atmaq istədi - VİDEO
5 may 2025 , 12:53
Polisdən Bakı və Sumqayıtda ƏMƏLİYYAT: Altı kilo narkotik aşkarlandı
5 may 2025 , 12:30
Bakıda maşın "AZZA"ya girdi -VİDEO
5 may 2025 , 12:27
Bakıda 88 yaşlı qadının meyiti tapıldı
5 may 2025 , 12:11
Xaçmazda DƏHŞƏT: özünü qatarın altına atdı - YENİLƏNİB
5 may 2025 , 10:22