<b>Kafedə müştəri boğazından bıçaqlandı</b>
07 iyul 2017 04:36 (UTC +04:00)

Kafedə müştəri boğazından bıçaqlandı

0

Bakıda orta yaşlı kişi boğaz nahiyəsindən bıçaqlanıb.

 

APA -nın xəbərinə görə, qanlı hadisə paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində baş verib.

 

Adıçəkilən ərazidə yerləşən kafelərdən birində təxminən 43-44 yaşlarında Əmir adlı şəxs əvvəlcə dostları ilə oturaraq yeyib-içib. Daha sonra tərəflər arasında mübahisə yaranıb və onlardan biri Əmirin boğazına mətbəx bıçağı ilə xəsarət yetirib. Çoxlu qan itirən yaralı təcili 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

 

Hadisənin təfərrüatlarını Yasamal RPİ-nin əməkdaşları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar