Keçmiş məhkumun öldürdüyü “Şöhrət” ordenli neftçi imiş - <span style="color:red;">VİDEO  - <span style="color:red;">YENİLƏNİB
13 iyul 2017 11:37 (UTC +04:00)

Keçmiş məhkumun öldürdüyü “Şöhrət” ordenli neftçi imiş - VİDEO - YENİLƏNİB

0
Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2 gün əvvəl törədilmiş qətlin üstü açılıb.
 
İyulun 10-da Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 82 saylı binada 66 yaşlı Yuriy Barışovun üzərində xəsarətlər olan meyiti aşkar olunub.
 
Lent.az ARB-yə istinadən xəbər verir ki, həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin kimliyi bəlli olub. Əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Hüseyn Akayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 
Mərhumun qonşularından əldə olunan məlumata görə, Yuriy Barışov neft sahəsində çalışıb və onun indiyədək heç kəslə ədavəti olmayıb.
 
Qonşu Məmməd Nuriyev bildirib ki, qətlə yetirilən şəxs tək yaşayırdı: "Sakit adam idi. Heç kimlə işi yox idi. Çox gümrah idi, balıq tutmağa gedirdi. Neft sahəsində çalışırdı, “Şöhrət” ordeni də olub".
 
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zəruri istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirilir.
 

 

***

12 iyul

 

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

 

APA-nın xəbərinə görə,  Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumatda bildirilib ki, iyulun 10-da saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 82 saylı ünvanda 1951-ci il təvəllüdlü Barışov Yuriy Petroviçin üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətləri olan meyiti aşkarlanıb.

 

Həmin faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Akayev Hüseyn Ramazanoviç tərəfindən törədilməsinə kifayət qədər şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaq cəlb edilib.

 

Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar