[b]Lənkəranda maşın piyadanı vurub qaçdı[/b]
11 sentyabr 2017 00:02 (UTC +04:00)

[b]Lənkəranda maşın piyadanı vurub qaçdı[/b]

0

Lənkəranda piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin Səttarxan küçəsində qeydə alınıb.

 

Sürücüsü məlum olmayan avtomobil adıçəkilən küçədə yaşayan, 1962-ci il təvəllüdlü Sevil Balakişi qızı Qasımovanı vuraraq hadisə yerindən qaçıb.  Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin qənayətbəxş olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 473

Oxşar yazılar