[b]Lerikdə zəlzələ oldu[/b]
10 sentyabr 2017 08:04 (UTC +04:00)

[b]Lerikdə zəlzələ oldu[/b]

0

Lerikdə zəlzələ qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 sentyabr 2017-ci il tarixində Bakı vaxtı ilə saat 06:32-də Lənkərandan 20 km qərbdə Lerik rayonu ərazisində 3.6 maqnituda, 16 km dərinlikdə zəlzələ qeydə alınıb.

 

Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

 

İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar