<b>Masallıda məmur oğlu maşınla uşağı vurdu  </b>
06 avqust 2017 01:03 (UTC +04:00)

Masallıda məmur oğlu maşınla uşağı vurdu

0

Masallıda avtomobil  yolu keçmək istəyən 11 yaşlı uşağı vurub.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu “Mitsubishi” markalı avtomobil vurub.

 

Yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 

 

Fakt araşdırılır.

 

Masallı Rayon Yol Polisi Şöbəsinin rəisi İkram Məmmədov APA-nın müxbirinə hadisəni törədən sürücünün Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu olduğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 517

Oxşar yazılar