Vərəm xəstələrinə hər səhər görüntülü zəng edirlər - "İnternet çatdıra bilmirik"
12 noyabr 2026 16:36 (UTC +04:00)

Vərəm xəstələrinə hər səhər görüntülü zəng edirlər - "İnternet çatdıra bilmirik"

0

Vərəm Əleyhinə Dispanser tərəfindən hər səhər xəstələrə görüntülü zəng edilməsi narazılığa səbəb olub.

Lent.az xəbər verir ki, bu barədə xəstələrdən biri sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, on ildir vərəm xəstəliyi daşıyıcısıdır. Lakin iyirmi gündür hər səhər həkimlər ona görüntülü zəng edərək dərmanları gözlərinin önündə qəbul etmələrini tələb edir. Bu hal isə xəstələri narahat edir.

Şikayətçi bildirir ki, hər gün görüntülü danışmaq üçün internetə ehtiyac var. Onun isə maddi səbəblərdən buna gücü çatmır.

"On ildir xəstəlikdən əziyyət çəkirəm. Xəstəxanadan zəng gəlsə də, gəlməsə də, dərmanlarımı vaxtı-vaxtımda qəbul edirəm. Hər gün danışmaq üçün mobil internet lazım olur. Buna isə imkanım çatmır".

Bəs görəsən, nəyə görə məhz vərəm xəstələrinə hər səhər zəng edilir?Bunun səbəbi nədir?

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağciyər Xəstəlikləri Mərkəzi (AXM) tərəfindən vərəmli xəstələrin müalicəsinin fasiləsizliyini təmin etmək, dərman qəbuluna gündəlik nəzarəti gücləndirmək və tibbi xidmətlərin əlçatanlığını artırmaq məqsədilə birbaşa və videonəzarətli müalicə üsulları tətbiq olunur:

“DOT (Directly Observed Treatment) - Birbaşa Nəzarət Altında Müalicə üsuludur. Bu yanaşma vərəm xəstələrinin müalicəsində 1950-ci illərdən istifadə olunmağa başlanmış, 1994-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təşviq edilən DOTS strategiyasının əsas komponentlərindən birinə çevrilmişdir.

VOT (Video Observed Therapy) - Videonəzarət Altında Müalicə üsuludur. 2000-ci illərin sonlarından tətbiq olunmağa başlayan bu üsul 2017-ci ildə ÜST tərəfindən uyğun şəraitdə ənənəvi birbaşa müşahidəyə alternativ kimi tövsiyə edilmişdir.

Hazırda AXM-in ambulator xidmət göstərən müəssisələrində vərəm əleyhinə dərman preparatları təcili tibbi yardım avtomobilləri vasitəsilə xəstələrin yaşadıqları ünvanlara çatdırılır. Dərmanların qəbulu müəssisələrdə yaradılmış DOT otaqlarında tibb işçilərinin birbaşa müşahidəsi, həmçinin xüsusi videonəzarət otaqları vasitəsilə məsafədən izlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar