[b]Özünü bulvarda öldürmək istədi[/b]
14 avqust 2016 10:02 (UTC +04:00)

[b]Özünü bulvarda öldürmək istədi[/b]

0

Bu gecə Bakı bulvarında intihara cəhd olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail rayonu Dənizkənarı Milli Park ərazisində 1 nəfər (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1000 metr sola nəzarətsiz ərazidə) intihar məqsədiylə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

 

Dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaş çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 05:55-də başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar