[b]Paytaxtda mənzillərdən iki meyit tapıldı[/b]
09 sentyabr 2017 21:29 (UTC +04:00)

[b]Paytaxtda mənzillərdən iki meyit tapıldı[/b]

0

FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1961-ci il təvəllüdlü Həbibov İzzətulla Qəzənfər oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.  

 

Bundan başqa, qeyd olunan quruma paytaxtın Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1967-ci il təvəllüdlü Borsiyok Vadim Sergeyeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar