<b>Qadın sərxoş oğlu tərəfindən bıçaqlandı </b>
24 fevral 2018 21:38 (UTC +04:00)

Qadın sərxoş oğlu tərəfindən bıçaqlandı

0

 

 

Göygöldə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə rayon sakini 1959-cu il təvəllüdlü Yusibova Mötəbər İslam qızı qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə M. Yusibova oğlu tərəfindən bıçaqlanıb.  Belə ki, qadın oğlu 1998-ci il təvəllüdlü Zaur Əsgərovun spirtli içki içməsinə etiraz edərkən, sonuncu tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 552

Oxşar yazılar