<b>Tovuzda qadını bıçaqladılar</b>
16 noyabr 2017 23:20 (UTC +04:00)

Tovuzda qadını bıçaqladılar

0

Tovuzda bıçaqlanma olub. APA-nın qərb bürosunun xəbərinə görə, rayonun İbrahim Hacılı kənd sakini 1977-ci il təvəllüdlü Kazımova Səbinə Sabir qızı qarın nahiyəsindən bıçaq xəsarətləri ilə  Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

 

Məlumata görə, S.Kazımova kürəkəni ilə Qovlar şəhərində küçə ilə gedən zaman bir neçə naməlum şəxslər və kürəkəni arasında mübahisə yaranıb. Həmin şəxslərdən biri kürəkəni bıçaqlamaq istəyərkən, iti alət qadına dəyib.

 

Faktla bağlı araşdırma aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar