<b>Xəzərdə narkotik <span style="color:red;">ƏMƏLİYYATI </b>
27 fevral 2018 09:24 (UTC +04:00)

Xəzərdə narkotik ƏMƏLİYYATI

0

 

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən qanunsuz ola­raq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaq­mal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb. 
 
 
DSX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 23-də Astara rayonu ərazisində DSX Sahil Müha­fizəsinin texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzmə vasitəsinin sərhəd su­­la­rımıza daxil olması və qısa müddət ərzində geri qayıtması müşahidə olunub. 
 
 
Üzmə vasitəsinin sərhəd sularımızda hərəkət və dayanma koor­dinatları üzrə su səthinə baxış keçirilib, 1 buya bərkidilmiş lövbərdə 3 bağlama aşkar edilərək götürülüb. Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şək­lində heroinə oxşar maddə aşkar olunub. 
 
 
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar