
1 yaşlı qızın ölümü ilə bağlı RƏSMİ MƏLUMAT
Ötən gün ərzində və dünən gecə saatlarında respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 ağır yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Lent.az DİN mətbuat xidmətinə istinadən baş verən avto qəzaların təfərrüatlarını təqdim edir.
İlk ölümlə nəticələnən hadisəsi saat 12 radələrində Qəbələ rayonunun Zərgərli kəndi ərazisində baş verib. Uludaş kənd sakini A.Sədullayevin idarə etdiyi “Ford” və Oğuz rayon sakini F.Məmmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. Nəticədə F.Məmmədovun həmyerlisi olan 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ziyafət Məmmədova orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Dünənin ikinci ağır yol qəzası saat 18 radələrində Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində qeydə alınıb. Beyləqan şəhər sakini R.Şahkərəmlinin idarə etdiyi “Mercedes” və Yeni Mil qəsəbə sakini A.Məhərrəmovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Məhərrəmovun sərnişinlərindən 1 yaşlı qızı Aysun orada ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Bu günün isə ilk qəzası piyada ölümü ilə nəticələnib. Belə ki, 1 radələrində paytaxtın Nizami rayonu H.Əliyev prospektində Bakı şəhər sakini R.Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini Elçin Hacıyevi vurub və nəticədə o, hadisə yerində ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
Oxşar yazılar
Yanğın törədənlər məsuliyyətə cəlb olundu
15 avqust 2025 , 20:43
Ermənilərin Zəngilana hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi
15 avqust 2025 , 20:15
Xaçmazda FACİƏ: maşın ustasını "tok" vurub öldürdü
15 avqust 2025 , 19:41
Şərurlu İsfəndiyarın milyonluq maşınlarına HƏBS QOYULDU
15 avqust 2025 , 17:58
Yekaterinburqda azərbaycanlıların saxlanılmasının əsl səbəbi - YENİ FAKTLAR
15 avqust 2025 , 17:12Narkotik becərmək üçün 4 tunel qazıb - Saatlıdan ŞOK GÖRÜNTÜLƏR
15 avqust 2025 , 14:32
"Öldürülən qardaşımın nəşi indiyədək tapılmayıb" - Ermənilərin məhkəməsi
15 avqust 2025 , 14:14