
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Vəkil Adil İsmayılovun vəkillik fəaliyyəti bərpa edilib. Bu barədə Adil İsmayılov şəxsi feysbuk profilində məlumat paylaşıb. Lent.az həmin paylaşımı təqdim edir.
“Dostlar, əzizlərim. Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi. Əminəm ki, fəaliyyətimin bərpa edilməsi barədə xəbəri məni istəyən hər bir şəxs sevinclə qarşılayacaq, qalanlar özləri bilər. Bundan sonrakı fəaliyyətimi əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına, vəkil kimi mənə ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcəm. Daha qlobal planlarım da var, vaxtı çatanda paylaşacam.
İndi isə daim mənim yanımda olan, öz varlığını və mənim tək olmadığımı hiss etdirən hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm, yaxşı ki varsınız və mənimləsiniz. Eyni zamanda vəkillik fəaliyyətimin bərpa edilməsində birbaşa iştirak etmiş şəxlərə minnətdarlığımı bildirirəm. Mən pisliyi unudanlardanam, yaxşılığı əsla unutmuram!”.
Oxşar yazılar

Qubada DƏHŞƏT: sübh tezdən həyətdə özünü öldürdü
3 may 2025 , 19:24
Türkiyə parlamentinin sədr müavini vəfat etdi
3 may 2025 , 17:32
Şəmkirdə gənc oğlan özünü asdı
3 may 2025 , 16:27
Bu azərbaycanlı Türkiyədən QOVULDU - Digərinə cinayət işi AÇILDI
3 may 2025 , 16:21
Abşeronda müəllim kredit borcuna görə özünü asdı
3 may 2025 , 14:28
Bakıda iki qardaş narkotiklə tutuldu
3 may 2025 , 12:50
Sumqayıtda yük maşını qadını vurub öldürdü
3 may 2025 , 12:39