Ağstafada minaatan mərmisi tapılıb
06 noyabr 2017 19:08 (UTC +04:00)

Ağstafada minaatan mərmisi tapılıb

0

Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Soyuqbulaq kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması  barədə məlumat daxil olub.

 

ANAMA-dan Lent.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu məlumat əsasında həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə hərbi şəhərciyə baxış keçirilib, aparılan operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 160 mm-lik minaatan mərmisi (OF-853A) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar