Ağstafada qonşu qonşunu döydü
04 dekabr 2017 21:26 (UTC +04:00)

Ağstafada qonşu qonşunu döydü

0

Ağstafada döyülmə faktı qeydə alınıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xılxına kənd sakini, 1965-ci il təvəllüdlü Kazımov Xəlil Kazım oğlu mübahisə zəminində qonşusu tərəfindən döyülüb. Dava zamanı X. Kazımovun xəstə qızı həyəcanlanaraq özündən gedib. Hər iki nəfər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar