Almaniyada  Xocalı soyqırımı ilə əlaqədar piket
24 fevral 2013 08:17 (UTC +04:00)

Almaniyada Xocalı soyqırımı ilə əlaqədar piket

0

 Xocalı soyqırımının ildönümü ilə əlaqədar Almaniyada yaşayan azərbaycanlılar fevralın 23-də Bilefeld  şəhərində etiraz aksiyası keçiriblər. Bu barədə APA-ya aksiya iştirakçısı, Almaniyada yaşayan soydaşımız Araz Süleymani məlumat verib. O bildirib ki, 100-dən çox azərbaycanlı Xocalı soyqırımını anmaq və erməni təcavüzünə etiraz məqsədiylə bir yerə toplaşıb: “Əllərimizdə Azərbaycan bayraqları və soyqırımı əks etdirən fotolarla piketə qatıldıq. Aksiya iştirakçılarından bir neçə nəfərin Xocalı soyqırımı ilə bağlı Azərbaycan və alman dillərində çıxışı oldu. Ermənilər tərəfindən törədilən faciəni qınayaraq, soyqırıma hüquqi qiymət verilməsini tələb etdik. Daha sonra şəhərin mərkəzi küçələrində yürüş etdik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1501

Oxşar yazılar