Avroparlamentin vətəndaş azadlıqları komitəsi Avropa Birliyinin üçüncü ölkələrin vətəndaşları üçün sığınacaq verilməsi barədə ümumi qaydalarını təsdiqləyib.Lentşaz-ın «RİA Novosti»yə istinadən məlumatıan görə,yeni qaydalar Avroparlament tərəfindən qəti olaraq iyun ayında təsdiq edilməlidir. Sonra Avropa Birliyi ölkələrinə milli qanunvericiliklərə müvafiq dəyişikliklər etmək üçün 2 il vaxt veriləcək. Söhbət sığınacaq verilməsi barədə müraciətlərə baxılmasının eyni qaydaları, qaçqınların qəbulu və onların hüquqlarının qorunmasında eyni tələblərdən gedir. Sənəddə göstərilir ki, sığınacaq verilməsi barədə müraciətə 6-9 ay müddətinə baxılacaq.
Avropanın Eurostat statistik bürosunun məlumatına görə, 2012-ci ildə Avropa Birliyi ölkələrinə sığınacaq almaq üçün 332 min müraciət edilib. Bu 2011-ci ilin müvafiq göstəricisindən 10% çoxdur. Müraciətlərin 73 faizinə rədd cavab verilib.