Bu gün Bakı şəhərinin Xəzər rayonunda avtobus yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "Otoyol" markalı sərnişin avtobusunun mühərrik və salon hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.