AZAL REKORDlar qırıb
22 may 2013 12:35 (UTC +04:00)

AZAL REKORDlar qırıb

0

Futbol üzrə Topaz Premyer Liqasının XXXII turu AZAL klubunun rekordları ilə əlamətdar olub. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi rekordları da sıralayıb:

 

Bakılılar çempionatlar tarixində “altılıq” mərhələsini məğlubiyyətsiz bitirən 2-ci komanda olub. 2 il əvvəl bunu ikinci “altılıq”da çıxış edən “Qəbələ” bacarıb. 1995/1996, 1998/1999 və son 4 mövsümdə tətbiq olunan bu sistemdə məğlubiyyətsiz başqa komandalar olmayıb.

 

AZAL “altılıq” mərhələsini 28 xalla bitirərək “Kəpəz”in 1998/1999 mövsümündəki 25 xallıq rekordunu arxada qoyub. Bununla da ölkə futbolunda yeni mütləq rekord müəyyənləşib.

 

AZAL final mərhələsində ardıcıl 8 qələbə qazanan ilk Azərbaycan klubu olub.

 

AZAL “altılıq”da 9 qələbə qazanan ilk komanda kimi tarixə düşüb.

 

“Altılıq”da 25 qol vuran AZAL 1995/1996 mövsümündə 24 qol vuran “Kəpəz”in rekordunu yeniləyərək mütləq göstəriciyə imza atıb.

 

AZAL tarixinin ən uzun qələbə seriyasını müəyyənləşdirib. Bakılılar 2007/2008 mövsümündə 2 dəfə 5 qələbəni sıralayıb. Bu, 1 - 5-ci turlarda və 15 - 19-cu turlarda baş verib.

 

Ardıcıl 8 qələbə mövsümün də rekordudur. 18 - 22-ci turlarda “Neftçi”, 24 - 27-ci turlarda isə “Qarabağ” 5 qələbə sıralayıb. AZAL bu göstəriciləri 3 qələbə üstələyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 960

Oxşar yazılar