Bir neçə yanğın hadisəsi qeydə alınıb
31 mart 2013 06:59 (UTC +04:00)

Bir neçə yanğın hadisəsi qeydə alınıb

0

 

Martın 30-da axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Zaqatala şəhərində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 120 kv.m. olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 4 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Daha bir yanğın hadisəsi Goranboy rayonunda olub. Goranboy rayonu, Nərimanlı kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bundan başqa, Ağdam rayonu, Xındırıstan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan çayxananın tavanı 50 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından müahfizə olunub. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 603

Oxşar yazılar