Azərbaycanda bu gün
17 yanvar 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

0

17 yanvar  

 

1920. Parisdə Azərbaycan, Gürcüstan və İngiltərə nümayəndələrinin iştirakı ilə Qafqazda vəziyyət müzakirə edilib. İclasda xarici işlər naziri Topçubaşov Azərbaycanın xarici kömək almadan hərbi dəniz qüvvələri yarada bilməyəcəyini bildirib

 

1923. Azərbaycan Dövlət Dram Teatrı təntənəli şəkildə açılıb. Açılışda teatrın keçmiş sahibi Hacı Zeynalabdin Tağıyev də iştirak edib

 

1926. Şair Mədinə Gülgün anadan olub

 

1935. 11 yanvarda başlayan VIII Ümumazərbaycan sovetlər qurultayı başa çatıb

 

1990. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) qarşısında izdihamlı mitinq keçirilib, ümumi tətil elan edilib

 

2009. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sürixdə görüşüb

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 783

Oxşar yazılar