Azərbaycanda bu gün
25 aprel 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

0

25 aprel 

 

1911. Bakıda Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının ilk tamaşası keçirilib

 

1918. Bakı Sovetinin Xalq Komissarları Şurası təsis edilib

 

1919. Tiflisdə Qafqaz konfransı işə başlayıb. Konfransın gündəliyinə Azərbaycan ordu hissələrinin Qarayazıda saxlanması məsələsi də daxil idi

 

1920. XI Ordunun komandanlığı, Rusiya Kommunist Partiyası Qafqaz Diyar Komitəsi və Azərbaycan Kommunist Partiyasının nümayəndələri iştirakı Port-Petrovskda keçirilən müşavirələrdə qarşıdakı birgə əməliyyatlar planını təfsilatı ilə müzakirə ediblər. Planda aprelin 27-də Bakıda kommunistlərin silahlı çıxışı və həmin gün XI Ordunun Azərbaycan sərhədini keçməsi nəzərdə tutulurdu. 

Eyni gündə partiya komitələri hərbi komandanlığın tabeliyinə keçirilib və xəbərdarlıq olunub ki, komandanlığın əmrinə tabe olmayanlara ölüm cəzası veriləcəkdir

 

1925. Kommunistlər bölgənin komendantı polkovnik İlyaşeviç və onun tərəfdarlarını həbs edərək Lənkərana nəzarəti əllərinə keçiriblər

 

1969. Milli qəhrəman Albert Aqarunov anadan olub

 

2000. Zakir Qaralov Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib

 

2010. Bakıda MDB Dinlərarası Şurasının iclası keçirilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 587

Oxşar yazılar