Azərbaycanda bu gün
29 aprel 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

0

29 aprel 

 

1918. Bakı Xalq Komissarları Soveti A.Mikoyana pul və zinət əşyalarını ələ keçirmək üçün Rusiya Xarici Ticarət Bankını tutmaq tapşırığı verib

1919. Müsavat Partiyasının təşkilatçılığı ilə fəhlə konfransı keçirilib

1920. Nəriman Nərimanovun başçılığı ilə Azərbaycanda yeni hökumət qurulub

1920. Azərbaycan Müvəqqəti İnqilab Komitəsi respublika adından xüsusi müraciətlə RSFSR ilə qarşılıqlı etimada və tanımağa əsaslanan, sıx ittifaq bağlamağı təklif edib. Eyni gündə Komitə Azərbaycan ordusunu XI sovet ordusunun komandanına tabe etmək barədə qərar verib

1920. Azərbaycan Müvəqqəti İnqilab Komitəsi ölkənin ərazi bütövlüyünün qorunması üçün səfərbərlik elan edib

1992.  Azərbaycan Cənubi Afrika Respublikası (CAR) ilə diplomatik əlaqələr qurub

1994. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Ramil Usubov daxili işlər naziri təyin edilib

2009. Azərbaycan istehsalı olan “İstiqlal” iriçaplı snayper tüfəngi Türkiyədə keçirilən beynəlxalq silah sərgisində nümayiş etdirilib

2009. Belçikaya səfəri çərçivəsində prezident İlham Əliyev NATO-nun baş katibi Yap de Hup Şefferlə görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 686

Oxşar yazılar