Azərbaycanda vulkan püskürdü
01 mart 2018 17:07 (UTC +04:00)

Azərbaycanda vulkan püskürdü

0

Bu gün səhər saatlarında Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib.

 

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

 

Palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

 

Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu günədək vulkan 10 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1988-ci ildə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar