Azərbaycanlı qadınları Dubayda satanın məhkəməsi başladı
25 dekabr 2014 11:36 (UTC +04:00)

Azərbaycanlı qadınları Dubayda satanın məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Almaz Həsənovanın cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə Almaz Həsənovanın anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı yanvarın 7-nə təyin olunub.

 

Qeyd edək ki, Almaz Həsənova Birləşmiş Ərəb Əmirlilərinin Dubay əmirliyində saxlanılıb və daha sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşlarına təhvil verilib.


İnsan Alverinə qarşı Mübarizə İdarəsinin məlumatına əsasən, Almaz Həsənova BƏƏ-də cinayətkar qrupa başçılıq edib. O, təkcə qadınları fahişəliyə cəlb etmə fəaliyyəti ilə məşğul olmayıb. Almaz Həsənova tabeliyindəki fahişələri ərəb müştərilərindən oğurluq etməyə də məcbur edirmiş.


Almaz Həsənova azərbaycanlı qadınları aldadaraq BƏƏ-ə aparıb, sonra onları cinsi istismara məruz qoyub. Daha sonra isə o, qurbanlarını digər qadınları bu işə cəlb etməyə məcbur edib. Cinayət işində 3 qurbanın adı hallanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220

Oxşar yazılar