Azərbaycanlı vitse-prezidentin qatili tapıldı
09 yanvar 2013 11:50 (UTC +04:00)

Azərbaycanlı vitse-prezidentin qatili tapıldı

0

Rusiyanın Primorsk vilayətinin Boks Federasiyasının əslən azərbaycanlı vitse-prezidenti Müzəffər Rzayevin qatili tutulub. Lent.az-ın məlumatına görə, bu barədə Təhqiqat Komitəsi üzrə Regional İdarə rəhbərinin baş köməkçisi Avrora Rimskaya “RİA Novosti”yə açıqlamsında bildirib.

 

Rimskaya qeyd edib ki, şübhəli şəxs elə Primorsk sakinidir. Onun gizləndiyi evdən Rzayevə məxsus əşyalar aşkarlanıb. 19 yaşlı qatil zərərçəkənin sürücüsü olub.

 

Qeyd edək ki, 44 yaşlı vitse-prezidentin cəsədi ötən ayın 28-də Vladivostokdakı yaşayış binalarından birində tapılıb. Evdən Müzəffər Rzayevə məxsus əmlak oğurlanıb, itən avtomobili isə elə həmin gün Çerniqov rayonundakı yol kənarından kanala düşmüş vəziyyətdə aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4185

Oxşar yazılar