Bakı-Quba yolunda iki yük maşını toqquşdu
10 noyabr 2017 09:32 (UTC +04:00)

Bakı-Quba yolunda iki yük maşını toqquşdu

0

 

Bakı-Quba yolunda ağır qəza baş verib.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yolun 77-ci kilometrliyində, Siyəzən rayonu ərazisində “Shacman” və “KAMAZ” markalı 3 ədəd yük avtomobili toqquşub.

 

Qəzada yaralanan "Shacman" markalı avtomobilin sürücüsü Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar