Sumqayıt-Bakı sürət qatarı piyadanı vuraraq öldürüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 23-də saat 20 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində Sumqayıt-Bakı sürət qatarı Kürdəmir rayon sakini Səbuhi Azayev vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.